10 İyun 2017 01:20
1 840
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Oksananın göz yaşlarına aldanmayın! O, bu göz yaşları ilə “yazıq” roluna girmək və tamaşaçının dəstəyini qazanaraq, qarşıdurmanın qalibi olmaq istəyir. O, çox ağıllı yırtıcıdır. Hamı ilk oyundan bilirdi ki, mən Elcanla həmfikirəm. Oksana, sən isə ingilis bayrağı kimi gah o qrupa getdin, gah bu qrupa! Elə buna görə də sən bu gün burda tək qaldın!”

Teleqraf.com xəbər verir ki, bu sözləri "Maşın" şounu bu gün tərk edən rejissor Aqil Quliyev deyib.

Aktyor İslam Aqildən onu çıxartmasını xahiş edərək, hər şeydən bezdiyini bildirib. Aqil isə cavabında “darıxma, sənin də vaxtın gələcək!” söyləyib.

Oksana Rəsulova isə baş verənləri belə şərh edib: “Hamı İslama qarşı olanda mən ona dəstək oldum, amma o indi 1 saatın içində dəyişdi və məni tək qoyub onların tərəfinə keçdi”

Canlı efir boyu durmadan söz atışması yaşayan iştirakçılardan Aqil səs toplamayaraq şounu tərk edib.


Müəllif: Könül Əlibəyli