10 İyun 13:28
1 422

Düşünmürəm ki, o, məhz səsləndirdiyi fikrə görə uduzdu.

Bu sözləri Teleqraf.com-a bu yaxınlarda “Maşın şou”da “Əgər maşını udsam, yetimlər evinə hədiyyə edəcəyəm” deyən müğənni Cavad Rəcəbovun elə həmin gün uduzub getməsinə münasibət bildirərkən Hacı Nuran deyib:

“Düşünmürəm ki, o, məhz səsləndirdiyi fikrə görə uduzdu. Əksinə… Yaxşılıq etmək istəyi insana həmişə xeyir gətirir. Sadəcə, onu dəstəkləyənlər bir qədər passiv oldular”.

Hacı Nuran “Maşın-şou”da qalan iştirakçılara uğurlar arzulayıb: “Hamısı dostumdur, kim udsa, sevinəcəyəm”.

Qeyd edək ki, Hacı Nuranın da qonaq olduğu “Maşın”ın son buraxılışında Aqil Quliyev Oksananı oyundan uzaqlaşdıracağını bildirmiş, lakin səs toplamadığı üçün oyunu tərk etmişdi. Bu gün sona qalan 4 nəfərin qarşıdurmasını izləyəcəyik və 3 nəfər finalçının adı məhz bu axşam bəlli olacaq.


Müəllif: Könül Əlibəyli