10 İyun 23:46

Gün ərzində balansımıza demək olar ki, sms gəlməmişdi.

Lakin saat 8-dən sonra 1-2 iştirakçının balansına sürətlə sms-lər gəlməyə başladı. Qeyd edim ki, biz səsverməni məhz saat 8-də keçirdik. Sizcə, bu, təsadüfdür? Məncə, yox! Belə başa düşdüm ki, iştirakçılardan hansısa çöldəki dostları ilə əlaqə saxlayıb və səs göndərmələrini xahiş edib.

Teleqraf.com-un xəbərinə görə, bu açıqlamanı Maşın-şounun aparıcısı Murad Dadaşov bildirib.

Maşın qarşıdurmada 2-ci dəfə qutudan hərənin bir şəkli çıxıb və ən az səs toplamış insan- Fərda Xudaverdiyev "qalsın-getsin" mübarizəsinə başlamalı olub. Fərdanın onu çıxarmayacağından əmin olan Elcan Rəsulov arxayınlıqla finalda olduğunu bildirib:

"Fərda məni çıxaran deyil və mən artıq rahatca açıqlaya bilərəm ki, burda boss-kardinal kim idi?! O, mən özüm idim!"

Fərda isə öz hədəf seçiminə bəraət qazandırmağa çalışıb: "Oksana yerlimdir və yeganə xanım iştirakçıdır. Ona dəyə bilmərəm. Elcan isə əziz qardaşımdır. İslam da mənim balaca qardaşım kimidir, amma ondan başqa variantım yoxdur."

Fərdanın bu sözlərinə görə özündən çıxan İslam isə Fərdaya xəbərdarlıq edib:
"Oyununu oyna! Burda başqa söhbətlər eləmək lazım deyil!"

Dünənki hadisəyə baxmayaraq, bu gün Oksana İslama, Elcan isə Fərdaya dəstək olub.

Qeyd edək ki, dünən Aqil Oksananın adını hədəf olaraq açıqlayarkən, İslam ona dəstək olmamışdı. Beləliklə, "Maşın"da artıq ikili qarşıdurma gedir və dəqiqələr sonra finalçıların adları - "toxunulmaz üçlük" bəlli olacaq.


Müəllif: Könül Əlibəyli