12 İyun 09:30
3 539

ATV-də yayımlanan "Maşın" şounun finalçılarından olan İslam Mehrəliyevin fotosu bu gün Türkiyədə sosial şəbəkələri zəbt edib.

Teleqraf.com xəbər verir ki, Türkiyənin bu il istehsal etdiyi “Yanlış anlama” adlı filmdə baş rollardan biri İslama həvalə olunub. Bu ilin mart ayında çəkilişləri başlayan və hazırda gərgin montaj prosesində olan "Yanlış anlama" filminin premyerası payız aylarına planlaşdırılır.

Azərbaycan və Türkiyədə çəkilişləri aparılan filmin qısa məzmunu belədir. Türkiyə və Azərbaycandan olan 2 ailə birlikdə 10 gün vaxt keçirməlidir. Bir-birinə bənzəyən və eyni zamanda bir-birindən fərqlənən 2 müxtəlif dilin və mədəniyyətin nümayəndələri arasındakı dialoqlar nəticəsində komik situasiyalar yaranır.

Filmin rejissoru Ulaş Cihan Şimşək, ssenari müəllifi Ayberk Çinardır. Rollarda hər iki ölkənin tanınmış və gənc aktyorları Şevket Çoruh, Bahadır Efe, Duyğu Karaca, İslam Mehrəliyev, Fərda Xudaverdiyev, Pərvin Abıyeva, Pelin Sönməz və başqaları çıxış edirlər.


Müəllif: Könül Əlibəyli