18 İyul 2014 10:31
1 238
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cazibədar türk müğənnisi Ebru Polad indi də özünü iş qadını kimi sınayacaq.

Alınan məlumata görə, müğənni bu barədə “Instagram” səhifəsində məlumat verib.

Ebru gözəllik salonu açacaq. Müğənninin yazdığına görə, bu salonun Türkiyədə analoqu olmayacaq. Bu məqsədlə Rusiyadan işçi qrupu da dəvət edilib. Türk xanımlarını rus qızları gözəlləşdirməli olacaq.

Onu da qeyd edək ki, Ebru həmin salonu 30 min türk lirəsinə kirayələyib.

/publika.az/


Müəllif: