12 İyun 2017 20:06
1 357
12 Punto 14 Punto 16 Punto 18 Punto

“O paylaşım niyə səs küyə səbəb olmalıdır?! Fotoda Çinarə xanımdan başqa 3 nəfər var. Mən, operator Şahmar Səfəroğlu və dostumuz rejissor Seyran Bədəlov. Bu o deməkdir ki, biz hər hansısa iş məsələsində bir aradayıq”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Çinarə Məlikzadənin meneceri Ər-Toğrul müğənninin səs-küyə səbəb olan fotosuna açıqlama gətirərkən deyib.

Müğənni fotonu "bəbişko gəliyor" statusu ilə paylaşıb. Çoxları bunun Çinarənin şəxsi həyatı ilə əlaqəli olduğunu düşünüblər.

“Çox yaxın günlərdə yeni klipimizi izləyicilərə təqdim edəcəyik. Bu ifadə isə ona görədir ki, Çinarə xanım işinə həddindən artıq məsuliyyətlidir və onun klipi övladı qədər əzizdir. Bu paylaşımın Çinarə xanımın şəxsi həyatı ilə heç bir əlaqəsi yoxdur”.


Müəllif: Teleqraf.com