12 İyun 2017 23:31
11 418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Murad Dadaşovun səhhətində yaranan problem üzündən iştirak edə bilmədiyi "Maşın" şou maraqlı anlarla yadda qalıb.

Teleqraf.com xəbər verir ki, şouda hər yarım saatlıq bloka müxtəlif ulduzlar aparıcılıq edir. İlk 30 dəqiqəlik bloku Mətanət Əliheydərova və Hacı Nuran, ikincini Azər Zahid və Fərda Xudaverdiyev, üçüncü hissəni Səidə Sultan və Murad Əzimzadə, 4-cünü isə Sərxan Kərəmoğlu və Vüsalə Kərimova idarə edib.

Maraqlı hadisələrlə və musiqili nömrələrlə davam edən şouda komik anlar yaşanıb. 3-cü aparıcı cütlük Murad və Səidə efiri açıq elan edən kimi, Murad Fərdanın maşının içində oturduğunu müşahidə edib. Maşını tərk etmək istəməyən Fərda mühafizəçilərin vasitəsilə studiyadan uzaqlaşdırılıb.

Qeyd edək ki, Oksana Rəsulova, Elcan Rəsulov, İslam Mehrəliyev üçün final həyəcanı davam edir və hələ ki, heç kim əlini maşının üzərindən götürməyib.


Müəllif: Könül Əlibəyli