13 İyun 2017 22:22
4 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATV-də yayımlanan "Maşın şou"nun finalçılarından olan aktyor İslam Mehrəliyev üçün bu gün olduqca məsuliyyətli gündür.

Teleqraf.com xəbər verir ki, onun həyatında ciddi dönüş sayıla biləcək hadisə baş verib. İslam bu gecə qız atası olub. Lakin o, hələ ki, körpəsini görə bilməyib.

Qızını görmək üçün İslam maşından əlini çəkməlidir, lakin o, hələ ki, səbrli olmağı seçir.

Yenicə doğulmuş qızının üzünü görməyən İslamın bacısı bu gün studiyaya gəlib və İslama qızının şəkillərini göstərib. Göz yaşlarını saxlaya bilməyən İslama finalçı yoldaşları dəstək olublar.

Qeyd edək ki, Oksana Rəsulova, Elcan Rəsulov, İslam Mehrəliyev iki gündür ki, mübarizəni davam etdirirlər və finalçılardan hələ ki, heç biri təslim olmayıb.


Müəllif: Könül Əlibəyli