14 İyun 2017 22:08
4 854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən yorulmamışam, 3 gündür burdayam, hələ 3 gün də dözə bilərəm.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Maşın şou”da davam edən final həyəcanının 3-cü günü əlini maşının üzərindən götürməyə qərar verən Oksana Rəsulova deyib.

Oksana özünə arxayın olduğunu bildirib:

“Özümə arxayınam. Siz hər ikiniz yaxşı bilirsiniz ki, mən necə güclü qadınam. Siz etiraf edin ki, bu dəqiqə aramızda ən aktiv finalçı mənəm. Sizdən fərqli olaraq, yuxum gəlmir və özümü yorğun hiss etmirəm. Lakin mən gedirəm. Çünki düşündüm ki, İslamın maşına ehtiyacı var, Elcan isə maşını udacağına söz verib. Ona görə də gedirəm ki, siz ikiniz mübarizəni davam etdirəsiniz. Hər ikinizi 50-50-ə dəstəkləyirəm. Amma bilin ki, istəsəydim, hələ çox qalardım! Sadəcə istədim ki, maşını daha çox ehtiyacı olan aparsın!"

Oksananın finaldakı rəqibi İslam rəqqasənin bu hərəkətinə etiraz edərək, "Oksana, eləmə, lazım deyil. Mən pis oluram. Həm də ki, minnət qoyub getmə! Qal, mən istəyirəm ki, sən qalasan! Belə getməkdənsə, getmə", - deyə cavab verib.

Oksana isə "Özünüzü elə aparmayın ki, guya sevinmədiniz. Mən gedirəm", - deyərək, əlini maşından götürüb.

Qeyd edək ki, Elcan Rəsulov və İslam Mehrəliyev üçün final yarışması davam edir.


Müəllif: Könül Əlibəyli