15 İyun 2017 00:01
2 666
12 Punto 14 Punto 16 Punto 18 Punto

23:01

“Uşaqlar, ikinizdən biriniz mənə söz verin ki, yarış bitən kimi, mənim "dolya"mı verəcəksiniz. Mən də əlimi çəkim, rahatca gedim. Kim udsa, mənə nə verəcək?”

Teleqraf.com xəbər verir ki, bu müraciətlə "Maşın şou"nun final mərhələsində rəqqasə Oksana Rəsulova çıxış edib.

“Mən gedirəm, siz də rahat yarışın, Amma mən əmin olum ki, kim udsa mənə 10 min verəcək. Razısınızmı? Razısızsa, gedim...”, deyə Oksana şərtini irəli sürüb.

Elcan Oksananın bu təklifinə dəqiq bir cavab verməyib. İslam isə razılaşmayıb və “Əvvəl istəyirdim, maşını udum, satım, bölək, amma indi yox! Getmə, qal, yarış bizimlə!” deyib. Yoldaşlarını razılığa gətirə bilmədiyini görən Oksana bezərək, "MGroup Production"ın əməkdaşlarına müraciət edib:

“Gəlin, çəkin məni! Gedirəm, mən! Bura kimi bəsdir. Zarafat edirdim, mənə nə pul, nə də maşın lazım deyil!” deyib və yenidən İslamla Elcana baxaraq bildirib:
“Gedirəm, amma yenə də sizdən centlmen kimi dolyamı gözləyirəm!”

İslam isə “Nahaq əlini çəkdin” – deyə reaksiya verib.


Müəllif: Könül Əlibəyli