15 İyun 2017 14:36
1 369
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Maşın şou” son efir gününü yaşayacaq.

Teleqraf.com xəbər verir ki, dünən layihənin aparıcısı Murad Dadaşovun verdiyi açıqlamaya görə, artıq qalib məlumdur. Lakin hələ ki, onun adı gizli saxlanılır. Bu gün “Maşın”ın açarları 2 finalçıdan birinə - ya Elcan Rəsulova, ya da İslam Mehrəliyevə veriləcək.

“M Qrup Prodakşn”dan aldığımız məlumata görə, bu gün tamaşaçıları məşhurların təqdimatında musiqi nömrələri, finalçıların bu günə qədər gəlib keçdikləri yol və efirə getməyən ən maraqlı kadrlardan ibarət süjetlər və möhtəşəm sonluq gözləyir.

2005-ci ildən bəri “Maşın şou”da iştirak etmiş onlarla müğənni, teleaparıcı, aktyor və aktrisalar bu gün proqramın qonağı olacaqlar.

Qeyd olunur ki, axşam canlı yayımda “Maşın şou”nun sonuncu iştirakçılarına müxtəlif kateqoriyalı nominasiyalar üzrə mükafatlar və qiymətli hədiyyələr veriləcək.


Müəllif: Könül Əlibəyli