17 İyun 2017 23:25
2 350
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin tanınmış televiziya aparıcısı Canan Tuğanər Böyükadada sahil kənarında bikinidə gəzərkən, telefonla onun şəklini çəkən iranlı ilə mübahisə edib. Az sonra mübahisə əlbəyaxa davaya dönüb. Dava zamanı Canan Tuğanərin başı yarılıb.

Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, insident axşam saatlarında baş verib. 36 yaşlı aparıcı rəfiqəsi ilə birgə dənizə girib. Az sonra sahilə çıxıb telefonla danışan Tuğanər bir nəfərin onu çimərlik geyimində telefonuyla lentə aldığını görüb.

Bundan əsəbləşən aparıcı ona yaxınlaşaraq, sərt təpki verib. İranlı B.J. da ona eyni şəkildə cavab verib. Onların dartışması qarşıdurmaya çevrilib. Nəticədə aparıcının başı yarılıb. Canan Tuğanər aldığı zərbə üzündən xəstəxanaya aparılıb. Aparıcının şikayətindən sonra iranlı polis tərəfindən nəzarətə götürülüb. Onun telefonunda Tuğanərin bikinidəki fotoları aşkarlanıb.

Aparıcı ona xəsarət yetirən şəxsin layiqli cəza alacağına ümid etdiyini deyib:

"Dənizə girib-çıxmışdım ki, gizlicə videoya çəkildiyimi gördüm. Müdaxilə edib telefonunu əlindən almağa çalışdım. Amma bu, qarşıdurmaya çevrildi. Əsəblərimi cilovlaya bilmədim. Onunla bağlı polisə şikayət etdim. İnsanların özgürlüyünə qarışmaq olmaz. İnşaallah, kim günahkardırsa, cəzasını alacaq. Ədalətə güvənirəm".


Müəllif: Nilufər