19 İyun 00:38
228

Bu, musiqi tarixində maraqlı hadisədir. Lakin bəziləri bunu siyasi hadisəyə çevirdilər. Heç vaxt ağlımıza gəlməzdi ki, biz nə vaxtsa siyasi problemlərin mərkəzində duracağıq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Skuter alman rok qrupunun meneceri Yens Tele deyib.

Qrupun Rusiya tərəfindən işğal olunmuş Krımda konsert verməyə hazırlaşması ukraynalıların etirazına səbəb olub. Qrupun meneceri Yens Tele qeyd edib ki, Skuter qrupu həmişə siyasətdən uzaq qaçıb, bu qrup zamanla həm Ukraynada, həm də Rusiyada çıxış edib. Etiraz və təqiblərə baxmayaraq, rok-qrupun Krımda çıxış proqramı ləğv olunmayıb.

Qeyd edək ki, Ukrayna Ali Radasının milli təhlükəsizlik üzrə komitəsinin katibi, deputat İvan Vinnikin açıqlamasına görə, əgər qrup Krıma Moskvadan getmək istəsə, onların Ukraynaya səfəri qadağan olunacaq.


Müəllif: Könül Əlibəyli