19 İyun 2017 08:05
3 284
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yayımlanan, Azərbaycanda da maraqla izlənən “Qara sevda” teleserialı yeni həftədə 74-cü, yən son seriyasını tamaşaçılara təqdim edəcək.

Teleqraf.com xəbər verir ki, seriyalın yutub kanalına yerləşdirilən final anonsuna 2 günə 2 milyona yaxın baxış olub.

Final bölümündə “qara sevda” yaşayan iki gənc - Nihan və Kamalın 5 il sonrakı həyatı göstəriləcək. Cütlüyün qızı Dəniz artıq böyüyüb. Lakin Nihan düşməni Asu tərəfindən qaçırılıb və həyati təhlükə altındadır.

Qeyd edək ki, son bölümdə Nihanı zorla yanında saxlayan eks həyat yoldaşı Əmir sevdiyi qadının əli ilə can düşməni Kamalı silahla vurur. Lakin zirehli canlıq geyinən Kamal “sürpriz” deyərək, ayağa qalxır və hamını təəccübləndirir. Daha sonra polislər tərəfindən əhatə olunan Əmiri baş düşməni polis Hakan güllələyir. Nihanın və Əmirin ölüb-ölməyəcəyi çərşənbə günü yayımlanacaq bölümdə bilinəcək.


Müəllif: Könül Əlibəyli