19 İyun 18:11

Türkiyədə efirə çıxdığı gündən ətrafında söz-söhbətin səngimədiyi “Fi” serialı həftəsonu mövsüm finalını təqdim edərkən, bir səhv tamaşaçıların diqqətindən qaçmayıb.

Teleqraf.com xəbər verir ki, bədbin xüsusiyyətlərinə və psixoloji göstəricilərinə görə yalnız onlayn televiziyada yayımlanan bu serialın 12-ci bölümündə bir səhnə sosial şəbəkələrdə xeyli müzakirə mövzusu olub.

Duru rolunu oynayan tanınmış aktrisa Serenay Sarıkaya hamamda duş qəbul etdikdən sonra üzünün allığı və makiyajı ilə diqqət çəkib.

Filmin izləyiciləri hətta bu məsələ ilə bağlı zarafat da edərək:“Allahım, bizə də Serenayın duşdan sonra silinməyən makiyajından ver!” tipli şərhlər yazıblar.


Müəllif: Könül Əlibəyli