19 İyun 2017 19:27
1 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

Turist kimi Türkiyəyə gələn İran vətəndaşı 24 yaşlı Bəxtiyar J. Böyükadadakı çimərlikdə istirahət edən tele-aparıcı Canan Tuğanerin bikinili fotolarını çəkib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, gizlin çəkildiyinin fərqinə varan aparıcı gənclə mübahisə edib. İran vətəndaşı mübahisə zəmnində aparıcıya fiziki zor tətbiq edib.

Canan Tuğaner polisə şikayət edib. Bəxtiyar J. özəl həyata müdaxilə ittihamı ilə həbs edilib.


Müəllif: Ruslan