19 İyun 2017 20:37
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Türkiyənin məşhur komediya ustası Cem Yılmazın keçmiş həyat yoldaşı Ahu Yağtu instaqramda əri ilə oğlunun şəklini paylaşıb.

Teleqraf.com-un Türkiyə mediasına istinadla verdiyi xəbərə görə,Ahu Yağtu şəklin altından bu sözləri yazıb: “Bütün qocaman qəlbli ataların Atalar günü mübarək!”

Ahunun paylaşımı mindən çox “layk” və şərh yığıb. İzləyicilər Ahunun keçmiş ərini tərifləməsini alqışla qarşılayıblar.

Qeyd edək ki, cütlük 2012-ci ilin mart ayında evlənib 2013-cü ilin dekabrında rəsmi şəkildə boşanıblar.


Müəllif: Könül Əlibəyli