20 İyun 2017 10:41
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli pop ulduz Mustafa Ceceli qan xərçəngindən əziyyət çəkən 8 yaşlı heyranı Bengül Bayramla səhnədə duet oxuyaraq, kiçik qızın ən böyük xəyalını gerçəkləşdirib.

Teleqraf.com xəbər verir ki, konsert zamanı səhnəyə çıxaraq, Mustafa ilə tanış olan Bengül sevdiyi müğənnini yaxından gördüyü üçün həyəcanlanıb. Sevinc içində müğənninin boynuna sarılan Bengül onunla birlikdə “Gül rəngi” mahnısını ifa edib. İzləyicilərin gurultulu alqışlarına və emosional göz yaşlarına səbəb olan bu ikili konsertə gələnlərə unudulmaz və duyğu dolu anlar yaşadıb.


Müəllif: Könül Əlibəyli