18 İyul 2014 23:59
1 667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərab qadınlarda cinsi istəyi artırır

İtaliyada alimlərin apardığı tədqiqat zamanı məlum olub ki, güclü antioksidant sayılan qırmızı şərabı az miqdarda qəbul etdikdə ürəyə xeyirlidir. Bundan başqa, orqanizmdə qan dövranını və qadınlarda cinsi istəyi də artırdığı məlum olub.

Tədqiqat üç ayrı qrupun iştirakı ilə aparılıb: birinci qrup yaşıl çay içənlər, ikinci qrup çox miqdarda spirtli içki qəbul edənlər və nəhayət üçüncü qrup qırmızı şərab içənlər.

18-50 yaş arası qadınlardan ibarət qrup üzvlərinə onların cinsi əlaqələri və cinsi həyatları ilə bağlı suallar verilib, həmçinin onların cinsi istəkləri müqayisə edilib. Tədqiqatın sonunda şərab içən qadın qrupunun cinsi arzularının digər qrupa nisbətən daha yüksək olduğu məlum olub.

/tabloid/


Müəllif: