20 İyun 2017 23:12
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin pop ulduzu Hadisənin sahib olduğu istirahət mərkəzinin qiymətləri ilə bağlı şikayətlər artır.

Teleqraf.com xəbər verir ki, burda adi qamburger 50 türk lirəsi (24.05 AZN), lahmacun isə 60 türk lirəsinə ( 28.80 AZN) təklif olunur.

Yeni açılan “La Plaj” adlı bu istirahət mərkəzində 1-2 saat oturan şəxsin 500 lirəyə qədər xərci çıxır.Bu səbəbdən sosial şəbəkələrdə Hadisəni tənqid edənlər də var. Müğənninin kasıbları düşünmədiyini, yalnız pulluları içəri buraxdırdığını yazanlar da var. Narazıılıqlara baxmayaraq, istirahət mərkəzinin müştəriləri azalmır.


Müəllif: Könül Əlibəyli