21 İyun 2017 01:39
2 189
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xalq artisti Zülfiyyə Xanbabayeva yeni klipini təqdim edib.

Teleqraf.com xəbər verir ki, efirlərdə tez-tez görünməyi xoşlamayan sənətçi sükutunu “Melanxoliya” adlı mahnı ilə pozub.

Həzin mahnının sözləri, bəstəsi və aranjemanı tanınmış bəstəkar MC Murada aiddir. Ekran işinin rejissorluğu isə Hüseyn Qəribova həvalə olunub.

Xatırladaq ki, bu, Zülfiyyə Xanbabayevanın MC Muradla ilk işi deyil. Xalq artistinin hitə çevrilmiş “Çarəsiz” və “İki doğma insan” mahnılarının müəllifi də bəstəkar MC Muraddır.


Müəllif: Teleqraf.com