21 İyun 2017 00:13
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xəzər Tv"də Zaurun təqdimatında yayımlanan “5-də 5” verilişində qonaq qismində iştirak edən müğənni Natavan Həbibi canlı yayımda nişanlısı Səidə (Dado) zəng vurub. Əvvəlcə canlı yayımda olduğunu anlamayan reperə Natavan cəld xəbərdarlıq edib və telefonu aparıcıya verib. Zaurun “Toy nə vaxtdır?” sualına Səid belə cavab verib:

“İnşallah növbəti ay toyumuzdur. Bəzilərinin çoxdan gözlədiyi toy nəhayət baş tutacaq”

Dado onları qınayanlara da mesaj göndərib:

“Bu vaxta qədər heç birimiz bir nəfərə də “Niyə belə etdin? Niyə onunla evləndin? Niyə ona yox, buna ərə getdin?” deməmişik. Xahiş edirik heç kimin bizdə işi olmasın. Bu bizim şəxsi həyatımızdır“.


Müəllif: Könül Əlibəyli