18 İyul 2014 16:59
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Günaydın” verilişinin mövzusu ekstrasenslərlə məşhurların qalmaqalına həsr edilib.


Mövzuya uyğun olaraq qonaqlar arasında ekstrasenslərlə yanaşı məşhur simalardan prodüsser Təranə və müğənni Rüfət Axundov da yer alıb.

Almaz adlı ekstrasens xanımın başqa telekanalda verilişlərdən birinin aparıcısının cadu ilə yollarını bağladığını etiraf edib. Milyonların gözü önündə bu hadisənin baş verdiyini söyləyən ekstarsens xanım yarışmada qalib olmaq üçün bu addımı atmağa məcbur olduğunu bildirib:

“Bir aparıcı var idi. Mənə efirdə qayıtdı dedi ki, “Eh! Mənə neyləyə bilərsən ki?!”. Dedim, “Səni efir üzünə həsrət qoyaram”. Şəxsən o aparıcını efirə həsrət də qoydum. Sonra gəlib məndən üzr istədi.

/gecce.az/


Müəllif: