22 İyun 2017 16:58
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada yaşayan müğənni Jasminin ərinə 7,5 il həbs cəzası kəsilib.

Moldovalı biznesmen İlan Şor Moldova bankından 700 milyon dollar pulun oğurlanmasında günahkar bilinirdi və onun üçün 19 il həbs cəzası istənilmişdi.

Kişinyov məhkəməsindən sonra İlan Şorun günahı təsdiqlənib. Lakin məhbusun 19 il əvəzinə 7.5 il müddətinə cəza çəkəcəyi gözlənilir.

Qeyd edək ki, Şor “Müdafiə Bankı”nın Direktorlar Şurasının sədri, həmçinin Unibankın aksioneri idi.


Müəllif: Könül Əlibəyli