23 İyun 2017 08:41
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Leonardo Dikaprio təkcə Hollivudun ən sevilən aktyoru kimi deyil, həm də heyvanların və okeanların müdafiəçisi kimi də tanınır.

Məşhur Hollivud aktyoru Leonardo Dikaprio instaqram izləyicilərini özünün “Dicaprio Foundation” müdafiə fondu və “Represent” şirkətinin dünya okeanlarında fauna və floranın qorunması ilə bağlı keçirdiyi aksiyaya qoşulmağa dəvət edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, fanatlarına məhdud sayda olan futbol köynəkləri almağa çağırıb.

Bu köynəklərdən yığılan pullar okeanların çirklənmədən qorunmasına xərclənəcək. Bir köynəyin qiyməti 29 dollardır.

Qeyd edək ki, əvvəllər Leonardo Dikaprio Meksikanın prezidenti Enriki Nyeto və Meksikalı milyarder Karlos Slimlə azalmaqda olan dəniz donuzlarının xilası üçün müqavilə imzalamışdı.


Müəllif: Könül Əlibəyli