24 İyun 2017 11:17
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin ATV telekanalında 8 ildir yayımlanan “Esra Erolla” evlənmə proqramı dünən tamaşaçıları ilə vidalaşıb.

Teleqraf.com xəbər verir ki, vidalaşmadan öncə Esra bir-bir iştirakçılarla halallaşıb, daha sonra bir süjet təqdim edib.

2009-cu ildən, yəni proqram efirə çıxan ilk gündən bu yana baş verən ən maraqlı hadisələr - Esra Erolun özünün ailə qurması, 2 dəfə ana olması, iştirakçılarla göz yaşı və təbəssümlə müşayiət olunan davranışları barədə yayımlanıb.

Daha sonra məşhur aparıcının bacısı və bacısının əri Alişan ona təşəkkür video-ismarışlarını yollayıblar. Sonda Esra bütün proqramın heyətini səhnəyə dəvət edib. Əməkdaşların söylədikləri xoş sözlər aparıcını göz yaşlarına boğub.

10 ilə yaxın fəaliyyət göstərən bu proqramda indiyə qədər 340 nikah bağlanıb.


Müəllif: Könül Əlibəyli