18 İyul 2014 22:51
698

Xalq artisti Möhlət Müslümov sərt danışdı.

Bu gün “5/5” verlişinin qonaqlarından biri də xalq artisti Möhlət müslümov olub. “Evin büdcəsi kişidə yaxud, qadında olmalıdır?” mövzusu ətrafında gedən söhbətlər əsnasında xalq artisti maraqlı cavablar səsləndirib. Belə cavablardan biri verlişin aparıcısı Zaurun “kişi qadından pul gizlətməlidirmi?” sualı zamanı verilib:

“Arvaddan gizlədilən pulun bərəkəti olmaz. Yaxşı arvaddan pul gizlətməzlər. Kişinin pulu ortalıqda olar. Əgər cütlük sevərək ailə qurubsa ən azından xanımı bilməlidir ki, kişinin nəyi var, nəyi yoxdur! O pul halallıqla xərclənməlidir. Bunu gizlətməyin nə mənası var axı?! Mənim bir dostum var idi əvvəl, pulu pencəyinin astarında gizlədirdi. Sonra ona dedim ki, “yekə kişisən, ayıbdır!”

/gecce.az/


Müəllif: