25 İyun 2017 17:19
1 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Esra Erolla” evlilik proqramının ən tanınmış cütlüyü – Caner və Berke qalmaqallı şəkildə ayrılıblar.

Teleqraf.com xəbər verir ki, Türkiyənin ATV kanalında yayımlanan evləndirmə proqramında nikah masasına əyləşən cütlük Esra Erolun son efir günü ayrılıq xəbərini vermişdilər. “Caner məni vurur, ayrılma səbəbimiz budur” deyən Berke dünən sosial mediada “Əsəbdən elə dedim. O, məni vurmayıb, biz sadəcə yola getmədik”, yazıb.

Çox keçməmiş qarşı tərəfdən cavab gəlib. Caner “İnstaqram”da “70 milyonun qarşısında yalan danışıb məni biabır etdin. Haqqımı sənə halal etmirəm”, qeydini paylaşıb.


Müəllif: Könül Əlibəyli