25 İyun 2017 20:28
2 344
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış rejissor Kənan M.M-in çəkildiyi kolbasa reklamı sosial şəbəkələrdə xeyli müzakirə olunub.

Teleqraf.com xəbər verir ki, rejissorun yaratdığı obrazın qeyri-etik hərəkətlərini insanlar tənqid etməyə başlayıblar.

İlk kadrda yolun kənarında duran qadın görürük. Yolun həmin hissəsində piyada keçidi olmadığı halda qəhrəman (Kənan MM) yaşlı qadının qolundan tutaraq, piyada keçidi olmayan yerdən, təhlükəli şəkildə yolu keçirir.
Daha sonra avtobusda yetərincə boş oturacaqlar olsa da, qəhrəman qalxaraq öz yerini içəri daxil olan qadına verir. Bu jest də tamaşaçıda ikrah oyadır.

Sonra isə Kənan MM-in yaratdığı obraz şahmat oynayan yaşlı şəxslərin oyununa müdaxilə edir. Oyunçulardan birinin gözündən yayınan gedişi edərək, qarşıda oturanı mat qoyur. Hətta bu zaman diqqətli şahmat biliciləri Kənanın etdiyi bu gedişin də düzgün olmadığını görə bilər.

Sonda qəhrəmanın qabağına soyulmadan gətirilən kolbasa dilimləri isə bu hərəkətlərə qarşılıq möhürünü vurur.




Müəllif: Könül Əlibəyli