26 İyun 2017 12:30
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya şöhrətli reper Eminem yeni imici ilə hamını təəccübləndirib.

Teleqraf.com xəbər verir ki, 44 yaşlı reper ilk dəfə tünd rəngli qısa saqqal buraxıb. Ənənəvi ağ saçlarından qurtulan ulduzun siması tamamilə dəyişib. Fanatları artıq sosial şəbəkələrdə yayılan bu şəklə reaksiya veriblər.

Bir çox qız fanatlarının fikrincə, repin marşalı daha cazibədar görünməyə başlayıb.

Qeyd edək ki, Eminem bütün zamanların ən böyük musiqiçilərinin sırasındadır və 100 dahi musiqiçinin arasında 83-cü yerdə durur.


Müəllif: Könül Əlibəyli