26 İyun 2017 12:59
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Unudulmaz musiqi ulduzu Maykl Ceksonun qızı Peris Cekson atasının şərəfinə döydürdüyü yeni tatusunu sosial şəbəkələrdə paylaşıb.

Teleqraf.com xəbər verir ki, ayağında “Applehead” - əvəzolunmaz pop kralının ləqəbini yazdıran Peris atasına ithaf etdiyi bir cümləni də bədəninə əbədi həkk etdirib: “Hər addımımda sən mənim ayağımı qaldırırsan və məni irəli aparırsan...”

Qeyd edək ki, bu yeni tatu Perisin atasına həsr etdiyi ilk tatu deyil. Onun bir qolunda atasının portreti, digər qolunda “Mənim ürəyimin kralı” yazısı və atasının imzası da var.


Müəllif: Könül Əlibəyli