26 İyun 2017 14:20
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni və aktrisa Cennifer Lopes yeni romantik komediyanın baş rolunda oynamaq üçün böyük ekranlara qayıtmağı qərara alıb.

Teleqraf.com-un məlumatına görə, “İkinci şans” adlı yeni filmdə o, təkcə baş rol ifaçısı deyil, həm də prodüser vəzifəsini yerinə yetirəcək.

Piter Siqalın rejissorluğu ilə çəkilən filmin çəkilişləri hələ ki, başlamayıb.

Qeyd edək ki, aktrisa son dəfə 2015-ci ildə “Lila və Həvva” trillerində çəkilib. Bu 2 illik fasilə zamanı hər ay yeni film təklifi alan C. Lo üçün çox uzun zaman sayılır.


Müəllif: Könül Əlibəyli