26 İyun 2017 17:30
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıdan qayıdarkən Atatürk hava limanında həyat yoldaşı Pınar Tevetoğlu ilə birlikdə görüntülənən popstar ata olacağı ilə bağlı iddialara cavab verib.

Teleqraf.com xəbər verir ki, Formula 1 Azərbaycan Gran pri-sinin açılışında konsert proqramı ilə iştirak edən ulduz jurnalistlərin “Yeni sürprizlər varmı?” sualına gülərək, belə cavab verib: “Yeni mahnılar var. Daha nə olsun?” .

Meqastar həyat yoldaşının hamilə olması ilə bağlı isə bunu söyləyib: “Uşaq istəyirik. Amma yoldaşım hamilə deyil. Elə bir şey olsa, gizlətmədən söyləyərəm”.


Müəllif: Könül Əlibəyli