19 İyul 2014 10:59
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər kəs sevgilisi Kasper Smartdan ayrılan müğənni Cennifer Lopezin rəqqas Maksim Çmerkovskiy ilə eşq yaşadığını iddia edir.

Amma buna baxmayaraq Cennifer bütün yayılanların şayiə olduğunu söyləyib.

Çmerkovskiy isə bu barədə verilən suallardan qəzəbləndiyini deyib:

“Cenniferlə sadəcə dostuq. Bu haqda danışılmasına icazə vermirəm. Mən indi başa düşürəm ki, nə üçün Hollivudda münasibət qurmaq çətindir. Çünki hamı onların həyatına qarışmağa çalışır”.

Keyt Aptonla keçən il ayrılan rəqqas Cenniferlə münasibət qurmaq fikrində olmadığını deyib. Maksim yeni eşq macərasına başlayaraq Hollivudda səs-küy doğurmaq niyyətində olmadığını da vurğulayıb.

/axşam.az/


Müəllif: