19 İyul 2014 13:47
1 376
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya ulduzu Şakira yenidən rekorda imza atıb.

Alınan məlumata görə, Şakira Facebook-da 100 milyon izləyici toplayıb. Bu nəticə ilə də sosial şəbəkənin ən çox izlənilən və sevilən ifaçısı adına laiq görülüb. Sənətçi pərəstişkarlarına cavab olaraq sevincini bölüşüb, təşəkkürünü bildirib, maraqlı video paylaşıb. Yerləşdirdiyi videoda ifaçının burada olan fəaliyyətindən kadrlar bir araya toplanıb. Paylaşdığı ilk şəkildən son şəkilə qədər göstərilib və hər fotonun neçə insan tərəfindən bəyənildiyi qeyd edilib.

“100 milyona çatdığıma görə fəxr edirəm. Çünki dünyanın dörd tərəfindən olan sevənlərim ilə Facebook vasitəsi ilə əlaqə qururam. Sosial media və xüsusən də Facebook mən və digər məşhurlar və izləyicilər arasında olan boşluğu doldurdu".

Qeyd edək ki, ifaçının paylaşdığı ilk 20 şəkil 39 687 491 insan tərəfindən bəyənilib. Ən çox bəyənilən paylaşımı 4 gün ərzində 3,5 milyondan çox səs toplayan Dünya çempionatından olan fotosu olub.

İzləyiciləri tərəfindən onun səhifəsindən ən çox paylaşılan şəkil isə sevgilisi Jerar Pikenin oğlu Milanı öpdüyü kadr olub. Həmin görüntü 113 987 dəfə paylaşılıb.

/ans press/


Müəllif: