19 İyul 2014 22:47
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Amaliya Pənahova "ATV maqazin" verilişində planlarından danışıb.

Aktrisa ən böyük arzusunun məşhur “Təhminə və Zaur” filmindəki Təhminə obrazını canlandırmaq olduğunu deyib. O, tezliklə bu istəyini reallaşdıracağını bildirib:

“Ürəyimdə Anarın “Təhminə və Zaur”u qalıb. Filmin tamaşasında ilk dəfə bu obrazları Fuad Poladovla mən canlandırmışam. Daha sonra Füzuli Hüseynov oynadı. Anşlaqla keçdi. Zaqafqaziya Teatr Festivalında həmin rollarımıza görə birinci yerə layiq görüldük. Filmi çəkmək üçün Rasim Ocaqov tamaşaya beş dəfə baxdı. Amma məni sınağa dəvət etmədi. Bir dəfə Türkiyədə beynəlxalq müsabiqədə olanda bu barədə ona sual verdim. Mənə təriflər yağdırdı ki, siz böyük sənətkarsınız. Dedim, yalan söyləməyin, beş dəfə gəlib tamaşaya baxdınız, heç məni sınağa dəvət etmədiniz.Cavab verdi ki, orada açıq-saçıq səhnələr var idi, onu sənə təklif etməyə qorxdum ki, birdən razı olmazsan. Bildirdim ki, onun da bir həllini tapardıq. Niyə də olmasın, çəkilərdim. İstedadlı ifadan çox şey asılıdır.

Filmin davamını özüm çəkəcəm. Onu məndən başqa hələ heç kim duymayıb. Tərəf müqabilimi də seçəcəm. Eyni səviyyəli təqdimat olacaq. Nə Fəxrəddin Manafova, nə Fuad Poladova, nə də Füzuli Hüseynova Zaur obrazını təklif edəcəm. İnciməsinlər, qocalıblar. Əsərdə Zaur Təhminədən yaşca kiçikdir. Bütün münaqişənin əksəriyyəti onun üzərində qurulmuşdu. Bu zəmanədə isə belə mövzu adidir. Əsərə müasir gözlə baxmaq lazımdır. Onun bütün dövrlərdə uğuru yozumundan asılıdır".

/axşam.az/


Müəllif: