19 İyul 2014 18:31

Əjdaha ləqəbindən imtina edən Nadir Qafarzadə indi də özünü sənətkar adlandırıb.

Bundan sonra kim Nadirə sənətçi deyə müraciət etsə, mikrofonu onun başına çırpacağını bildirib. İfaçı şou-biznes aləminə yeni kateqoriya da gətirib.

“Yaşıma və iş stajıma görə özümə sənətkar deyə bilərəm. Bundan sonra kimsə mənə sənətçi desə, mikrafonu onun başına vuracam. Sənətçi də sənsən, pinəçi də, kolxozçu da… Mən sənətkaram.”

Görünür, Nadir Qafarzadə çox keçməmiş böyük danışdığının fərqinə varıb. Fikirlərinə aydınlıq gətirməyə çalışan müğənni, böyükləri yada salıb, özünü kiçik sənətkar kimi qələmə verməli olub.

“İnsanın istəyi yoxdursa, pulun gücünə heç bir şeyi həll etmək olmaz. Quyuya su tökməklə deyil. Düzdür, Zeynəb Xanlarova, İlhamə Quliyeva, Flora Kərimova, Ramiz Mirişli, Elmira Rəhimova kimi böyük sənətkarlar olan yerdə mən ancaq kiçik sənətkaram ola bilərəm.


Kiçik sənətkarların sırasına isə Teymur Əmrah, Samir Cəfərov, Aygün Kazımova, Azər Zeynalov daxildir. Sadaladıqlarım da zamanla böyük sənətkarlardan olacaq. Bu mənim subyektiv fikrimdir. Kimin buna şüphəsi varsa, gəlsin sözü üzümə desin. Daha efirlərdən səslənməsin. Efirdən sözünü deyən şəxs sadəcə olaraq, qorxaq insandır.

/gecce.az/


Müəllif: