10 İyul 2017 12:27
3 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Görmək üçün baxmağı da bacarmalısan, istənilən şəraitdə onu sevə bilmək üçün baxmağa qıymamaqdan keçər sayğı dediyimiz səmimiyyət...

Bu sözləri Azəri qızı Günel instaqram hesabında yazaraq, nişanlısından ayrılması ilə bağlı müzakirələrin başlanmasına səbəb olub.

Teleqraf.com xəbər verir ki, Türkiyədə yaşayan azərbaycanlı müğənni instaqramda nişanlısı ilə şəkillərini silib. Onun sayğısızlıqla, təmənnasız sevgi ilə bağlı statusu medianın diqqətini cəlb edib:

“Hər şey sayğıdan başlayar. Sayğı elə gözəl şeydir ki, hətta eşq bitsə belə sevgili dostdur, yoldaşdır, candır, canandır, yardır, sonsuzadək güvənəcəyin, yalan söyləyəcəyinə inanmadığındır.

Heç düşünmürük dünyanın bu qədər gözəlliklərini görməyənləri, 3 günlük dünyanın verdiyi həyatı boşa xərcləyərək keçirənləri… Nədən? Aç gözlərini, bax, dərin gördüyün o gözlər eyni baxar… Sevgiylə, sayğıyla, duyğuyla…

Görmək istədiklərini görmədikcə insan kədərli olar. Amma insan tamahkardır, dəyər bilməz, ancaq itirəndə, iş-işdən keçəndən sonra anlayar itirdiklərini... Ey insanlar, şərtsiz, təmənnasız, sadəcə ailə insanı kimi qarşılıqsız sevənlərin, nə olur-olsun əlindən möhkəm tuta bilən, sənə sahiblənən əlləri itirməyin, sevin və hörmət edin”.

Xatırladaq ki, yaxın günlərdə burnunu əməliyyat edərək, tamamilə dəyişən Azəri qızı Günel Türkiyəli iş adamı Cem Ozan Torunlarla nişanlı idi.


Müəllif: Könül Əlibəyli