11 İyul 2017 11:26
2 314
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azəristar” yarışmasından tanınan müğənni Pərviz Abdullayevin dünən oğlan toyu olub.

Bu barədə Teleqraf.com-a bəyin yaxın dostu, “Bu şəhərdə” komandasının üzvü Hacı Ramil Nuriyev məlumat verib.

O, bildirib ki, Buzovnada “Toy axşamı” adlı məkanda keçirilən məclisdə yalnız kişilər iştirak ediblər. Sentyabrın 12-də isə əsas toy olacaq.

Qeyd edək ki, şəhid oğlu olan Pərviz həmçinin “Bu şəhərdə” komandasının üzvüdür.


Müəllif: Könül Əlibəyli