21 İyul 2014 10:39
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elton Con çətin seçim qarşısında qalıb. Müğənni qastrol səfərləri və sevgilisi Devid Ferniş arasında seçim etməli olub.

57 yaşlı, britaniyalı ulduz müqaviləyə görə önümüzdəki 3 il ərzində 75 konsert verməli idi. Lakin Con qərarını dəyişib: “Mən ömrümün qalan hissəsini qastrol səfərlərində və səhnələrdə keçirmək istəmirəm. Bu mənim üçün həm fiziki, həm də mənəvi yükdür”.

Müğənni deyir ki, həyat tərzini dəyişməyin vaxtı gəlib çatıb. “Yeni insanlarla tanış olmamaq, uzaq tanışlarla da əlaqəni kəsmək və Devidlə daha çox vaxt keçirmək istəyirəm”.

1937.az


Müəllif: