12 İyul 2017 12:16
1 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 17-də toy eləməyə hazırlaşan müğənni Natavan qonaqlar qarşısında qəribə şərt qoyub.

Teleqraf.com-un məlumatına görə, Natavan artıq bir çox sənət dostlarına toy dəvətnaməsini paylayıb.

Lakin dəvətnamədə qonaqlar üçün “dress-code” qeyd olunub. Xanımlar yaşıl, qırmızı, ağ paltar, kişilər isə qara və ağ kostyum geyinməlidir.

Natavan bir müddət əvvəl bildirmişdi ki, telefonla gələnlər zala buraxılmayacaq.

Qeyd edək ki, Natavan Həbibi toy gününü iyulun 17-nə təyin edib. Reper Səid Əliyevlə ailə qurmağa hazırlaşan sənətçinin toyu “Neolit” restoranında baş tutacaq.


Müəllif: Könül Əlibəyli