21 İyul 2014 11:29
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur "Muhteşem yüzyıl" serialında canlandırdığı Hürrəm sultan obrazı ilə tanınan və sevilən aktrisa Məryəm Üzərli sosial şəbəkədə yeni fotolarını paylaşıb.



Alınan məlumata görə, fevral ayında ana olan aktrtisa artıq kilolarından tamamilə azad olub. İş adamı, sevgilisi Can Atəşdən hamilə qaldıqdan sonra serialdan ayrılıb vətəni Almaniyaya dönən Məryəm istirahətə yollanıb.


5 aylıq qızı, anası və yaxın dostları ilə yayın dadını çıxardan akrisa bu dəfə yağışın altında şəkil çəkdirib. Ana olmasına baxmayaraq yağışın altında uşaq kimi rəqs edən Üzərlinin sevinci diqqət çəkib.


Xatırladaq ki, Məryəm Üzərli xeyli müddət sevgili olduğu Can Atəşdən ötən il hamilə qalıb. Lakin iş adamı bu uşağı istəməyib. Bundan sonra Hürrəm sultan heç kimə heç bir məlumat vermədən, serial çəkilişlərini belə yarımçıq saxlayaraq Türkiyəni tərk edib. O, Almaniyaya, valideynlərinin yanına qayıdıb.

/ans press/


Müəllif: