13 İyul 22:35

“Kəklikotu” filmi ilə paralel hazırda “Qardaşım mənim -2” filmində çəkilirəm. Sabah bununla bağlı Türkiyəyə uçuram.

Bu sözləri Teleqraf.com-a açıqlamasında tanınmış aktyor Kamran Ağabalayev deyib.

Aktyor öz rolu barədə danışmaqdan imtina edib: “Rolum barədə müqaviləyə əsasən, təəssüf ki, heç nə deyə bilmərəm. Onu deyim ki, baş rollarda Burak Özçivit və Murat Boz da çəkilir”.

Qeyd edək ki, məşhurları bir araya yığan "Qardaşım mənim-2" filminin çəkilişləri Çanaqqalanın Bayramiç rayonunda aparılır. Filmin premyerası noyabrın 25-də keçiriləcək.


Müəllif: Könül