16 İyul 2017 09:25
1 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyalı model Adriana Lima ilə türk yazar sevgilisi Mətin Haranın Bodrum tətili başa çatıb.

Teleqraf.com axşam.az-a istinadən xəbər verir ki, cütlük İstanbula qayıdarkən görüntülənib. Lima ilə Hara qaldıqları məkanın işçi heyəti ilə xatirə fotosu çəkdiriblər. Hava limanında yoxlanılan əşyalar sırasında Metinin braziliyalı modelə aldığı boyunbağı diqqət çəkib.

Lima media nümayəndələrinə “Gələn il yenə gələcəyəm. Ömrümün ən gözəl 5 gününü keçirdim. Hamınıza təşəkkür edirəm” deyib. Adriana İstanbulda 3 gün qaldıqdan sonra dəfilədə iştirak etmək üçün Londona gedəcək.


Müəllif: Teleqraf.com