16 İyul 20:53

Dünən Yarat Müasir İncəsənət Mərkəzində Azərbaycanın ilk müstəqil teatrı olan ADO-nun (Azərbaycan Dağınıq Oda teatrı) təntənəli yubiley tədbiri baş tutub.

Teleqraf.com xəbər verir ki, alternativliyi, fərqli üslubu, modern və kreativ performansları ilə hər zaman diqqət çəkən və ölkədə canlanma, yenilik yaratmağa çalışan ADO Qurban Məsimov, Gülzar Qurbanova, Qan Turalı və başqa məşhurların da iştirak etdiyi tədbirdə 5-ci ilini açıq elan edib.

“Dağınıq bir Oda” adlı genişmiqyaslı tədbir teatrın təsisçisi və rəhbəri Elmin Bədəlovun çıxışı ilə başlayıb. ADO-nun 5 il ərzində keçdiyi yol haqda tamaşaçılara məlumat verən Elminin çıxışından dərhal sonra populyar müğənni Elnur Hüseynov səhnəyə çıxıb. Musiqi parçaları ilə qonaqları sevindirən Elnur ADO-nun kollektivinə uğurlar arzulayıb. Ardınca teatrın aktyorları kreativ “Qadın səsi” adlı performansını nümayiş etdirib.

Daha sonra ADO-nun yubileyinə həsr olunan film nümayiş olunub.

Qeyd edək ki, ADO 2013-cü ildə Elmin Bədəlov tərəfindən “Oda” adı ilə yaradılıb. E.Bədəlov daha sonra ADO-nu təsis edib. Bir müddət sonra iki teatrı birləşdirərək, bir ad altında – ADO kimi fəaliyyətini genişləndirərək, davam etdirib.


Müəllif: Könül