17 İyul 01:12
443

ARB TV-də yayımlanan “Pəncərə” proqramının müəllif- aparıcısı Rahil Sayadoğlu dünən nişanlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə onun bacısı Nüşabə Kərimova məlumat verib. O, yeni nişanlanan cütlüyün fotosunu paylaşaraq, bu sözləri yazıb: “Bu gün bu gəncləri nişana aldıq. Tezliklə “Pəncərə”dən toy gələcək”.

Qeyd edək ki, nişan mərasimi Tərtər rayonunda baş tutub. Cütlük toy gününü payız aylarına planlaşdırır.


Müəllif: Könül