16 İyul 15:51
918

Əslən azərbaycanlı olan rus aktrisası Səbinə Əhmədova erməni milliyarder “Rusiya Dövlət Sığortası” şirkətinin prezidenti Danil Xaçaturova ərə gedir.

Bu barədə məlumatı Rusiyanın yerli KİV nümayəndələri yayıb. Teleqraf.com xəbər verir ki, Rusiyada yaşamasına baxmayaraq, əslən azərbaycanlı olan birinin erməniyə ərə getməsi həmyerlilərimizin qəzəbinə səbəb olub və bu evlilik sosial şəbəkələrdə kəskin şəkildə tənqid olunub.
Qeyd edək ki, bu 36 yaşlı Səbinənin ilk evliliyi olacaq. Səbinə 1990-cı ildən bəri Rusiyada yaşayır və bu gün rus kinosunun ən çox tələb olunan aktrisa tipajlarından sayılır. Forbesin hesablamalarına görə 2 milyarddan artıq büdcəsi olan 45 yaşlı Xaçaturov isə 2008-ci ildə ailə həyatı qursa da, 2013-cü ildə boşanıb.


Müəllif: Könül