16 İyul 2017 15:20
1 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Zenfira İbrahimovanın həyat yoldaşı dünən həbsdən çıxıb.

Teleqraf.com xəbər verir ki, azadlığa çıxan Anar dərhal instaqramda paylaşım edib: “Mənim bu həyatda başıma çox işlər gəlib. Heç də pis olmadım. Qanun hər birimiz üçün qanundur. Mən də Azərbaycanın bir oğluyam və elədiyim səhvə görə cəzamı çəkdim. Çox “qardaş, qardaş” deyənləri tanıdım. Sosial şəbəkələrdə haqqımda çox rəy, yazanlar oldu. Gördüm ki, həbs edilməyim çoxlarının ürəyincə olub. Ay insan övladı mən sizə nə etmişəm? Sadəcə deyirəm ki, Allahınız bilsin. Cavab verən deyiləm. Allah hər sevdiyi bəndəsini sınağa çəkər və gözünü açar. Siz məni sevməsəniz də olar”.

Xatırladaq ki, Anar Heydərov iyunun 25-də motosikleti ilə Zaqulba prospektində üzü Bilgəh istiqamətində hərəkətdə olan zaman avtoxuliqanlıq edib. Sürət həddini aşaraq təhlükəli manevrlər edən sürücü yol polisinin dəfələrlə “saxla” işarəsinə məhəl qoymayaraq hərəkətini davam etdirib. Nəticədə A.Heydərovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. Özü isə 20 gün inzibati həbs cəzası alıb.


Müəllif: Könül