16 İyul 2017 16:06
1 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bozbaş Pikçersdən Şirin kimi tanıdığımız aktyor Nicat Rəhimli və Qılman kimi tanınan İlkin Misgərli “Toydan sonra nağara” adlı yeni filmə çəkilir.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Nicat özü instaqramdan paylaşım edərək, yayıb. O, dünən çəkilişlərə start verildiyini bildirib.

Qeyd edək ki, filmin baş prodüseri Ramiz Hüseynzadə, quruluşcu rejissoru isə Əziz Şahbazovdur. “Toydan sonra nağara”nın ssenarisini Elsəvər Mehdizadə, Tural Baxış və R.Hüseynzadə yazıb. Film komediya janrındadır.


Müəllif: Könül