17 İyul 12:05
343

Dünən aparıcı Vüsalə Əlizadənin qardaşı Əlinin toyu olub.

Teleqraf.com xəbər verir ki, bu barədə aparıcı İnstaqramda yazıb:

“Bu gün 5 bacının bir qardaşının, mənim biriciyimin ən gözəl günüdür. Allah bütün evlərə toy qismət eləsin. Yanımda olan hər kəsə, dəstəyini əsirgəməyən bütün dostlara təşəkkür edirəm. Var olun! Xöş sözlər, gözəl arzular yazanlara təşəkkürlər! Vəziyyətimi yəqin ki, anlayan bacılar var, gərgin, stressli, amma gözəl, xoş günlər yaşayıram. Hər kəsə ayrı-ayrılıqda cavab verə bilməsəm də, çox minnətdaram! Allah hər bir quluna ürəyinə görə versin. Mənim də canlarım xoşbəxt olsun, inşallah! Bir ildən sonra Allah mənə bibi olmağı qismət etsin!”

Toy məclisinə şou-biznes nümayəndələri də qatılıb. Onlar toydan görüntüləri sosial şəbəkələrdə paylaşıblar.


Müəllif: Könül Əlibəyli